Yuxarı

Strateji İqtisadi Dialoqun 1-ci iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Azərbaycanla İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclası keçirilib.

Axar.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi Amparo Lopez Senoviya ilə görüşdə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib:

"Bu gün keçirilmiş Azərbaycan-İspaniya biznes forumunun və iki ölkə arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqində əhəmiyyəti barədə fikirlərimizi bölüşdük”.

Nazir bildirib ki, görüşdə "Azərbaycan İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında" Anlaşma Memorandumu imzalanıb.

Strateji İqtisadi Dialoqun iclasında İspaniya ilə ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər haqqında müzakirələr aparılıb. Ölkələr arasında bərpa olunan enerji, sənayenin müxtəlif istiqamətləri, dövlət-özəl tərəfdaşlığı, iqlim məsələləri və digər sahələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Yekunda tərəflər arasında Azərbaycan Respublikası və İspaniya Krallığı arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının Protokolu imzalanıb.

Tarix
2025.03.11 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Ciddədə razılaşdı, Rusiya pis vəziyyətə düşdü

Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?

İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi

Tramp “bu gün-sabah görüş” dedi – Rusiyadan reaksiya

Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

Bayramov makedoniyalı həmkarı ilə görüşəcək

Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək - KİV

Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert

Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

Vardanyan imicini dəyişdi: saqqalını qırxdı... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla