Yuxarı

Vardanyana ən ağır cəzanın verilməsini istədilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmişlər ifadə veriblər.

Axar.az xəbər verir ki, zərərçəkmiş Səyyad Ələkbərli Ruben Vardanyanı media vasitəsilə tanıdığını, özünün Ermənistandan gətirilərək Azərbaycanın suveren ərazilərində basdırılmış minaya düşərək xəsarətlər aldığını bildirib. O, hadisənin 2023-cü ilin avqust ayında Xocalıda kənd təsərrüfatı işləri görərkən baş verdiyini deyib.

Zərərçəkmişlər Cəlal Quliyev, Rəvan Ağazadə, Nəriman Abışlı, Elbrus Əzimli, Elməddin Ağayev, Faiq Əzizov, Səxavət İsmayıl, İsmayıl Hüseynov və İbrahim Həmidli Kəlbəcərdə hərbi xidmət zamanı yaralandıqlarını bildiriblər.

Zərərçəkmişlərin hər biri təqsirləndirilən şəxs Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş ediblər.

Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.

Tarix
2025.03.11 / 20:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Ciddədə razılaşdı, Rusiya pis vəziyyətə düşdü

Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?

İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi

Tramp “bu gün-sabah görüş” dedi – Rusiyadan reaksiya

Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

Bayramov makedoniyalı həmkarı ilə görüşəcək

Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək - KİV

Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert

Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

Vardanyan imicini dəyişdi: saqqalını qırxdı... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla