Yuxarı

Yazıblar ki, orada insulin satılıb. Mən insulin satanam?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Endokrinoloji Mərkəzində əməliyyat inzibati işlər üzrə direktor müavini vəzifəsində çalışmış Vəfa Kərimovadan edilən şikayət əsasında keçirilib.

Axar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsində çalışmış Nərmin İsmayılova bildirib.

Onun sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzində bu il martın 11-də əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılan olmayıb.

N.İsmayılova qeyd edib ki, aparılan araşdırma ilə bağlı özü və digər əməkdaşlar ifadə verib.

Barəsində səslənən ittihamlara münasibət bildirən Nərmin İsmayılova deyib ki, 6 il rəhbər vəzifədə olmaqla, 28 il bu sahədə çalışıb: “Mən aliməm. Mənimlə bağlı şikayət olunmayıb. Vəzifəli şəxs olduğum üçün bu məsələdə adım hallanır. Yazıblar ki, orada insulin satılıb. Mən insulin satanam? İnsulini necə satmaq olar? Mərkəzdə 1300 uşaq qeydiyyatdadır. Onlar vaxtında insulinlə təmin olunur. Bəzən heç insulin çatmır. Belə olan halda necə satıla bilər?”

N.İsmayılovanın sözlərinə görə, bu il 12-17 yanvar tarixlərində TƏBİB mərkəzdə maliyyə yoxlaması aparıb:

“Dərman preparatları bir-bir yoxlanıb. İnsulinlə yanaşı, bizdə uşaqlara boy hormonu verilir. Onunla bağlı kiminsə şikayəti olubmu? Xeyr, qeydiyyatda olan xəstələrdən kimsə şikayət etməyib. İnsulin satılması faktı da olmayıb. İnsulin dövlət tərəfindən pulsuz təmin olunur. Yalnız xüsusi qrup xəstələrə verilir”.

Onun sözlərinə görə, cinayət işi açılsa da, saxlanılan olmayıb: “Məni iş üzrə bir dəfə ifadə vermişəm. Mən hər zaman dövlətin mənafeyini qorumuşam”.

O, barələrində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqda məlumatı təkzib edib.

N.İsmayılova əməliyyatdan sonra özünün və baş həkim Ülviyyə Əhmədovanın işdən öz ərizələri ilə çıxdıqlarını vurğulayıb.

Direktor müavini vəzifəsində çalışan Vəfa Kərimova isə 46 saylı şəhər poliklinikasına baş həkim vəzifəsinə təyin olunub: “O, 1 aydır bizimlə əməkdaşlıq etmirdi”.

N.İsmayılova mərkəzin direktoru vəzifəsində hələlik təyinat olmadığını bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Respublika Endokrinoloji Mərkəzində əməliyyat keçirilməsi barədə mətbuatda məlumatlar yayılıb.

Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin - Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə sabiq direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyyə Əhmədova barəsində cinayət işi başlanıldığı, onların məsuliyyətə cəlb olunduğu bildirilib. Onların barəsində ev dustaqlığı qətimkan tədbirinin seçildiyi qeyd olunmuşdu.

Müvafiq qurumlar indiyədək bu barədə hər hansı açıqlama yaymayıb.

Tarix
2025.03.17 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Bakıda Şəhriyarın şeirini oxudu - Video

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər

Bu bəyanatı Azərbaycanla imzalaya bilərik - Paşinyan

Araz dəhlizi ilə bağlı müxtəlif şayiələr gəzir - Əliyev

Biz istəyirik ki, bu, sadəcə nəqliyyat dəhlizi olmasın - Əliyev

Saakyan Şuşa əməliyyatında iştirak etdiyini təsdiqlədi

Azərbaycan hərbçiləri NATO-nun təlimində

İlham Əliyev və Pezeşkianın iştirakı ilə forum keçirildi

Ümid edirəm ki, bu, İranla əlaqələri gücləndirəcək - Əliyev

Birbank Biznes regiondakı sahibkarları bir araya gətirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla