Yuxarı

DSX Xüsusi Məktəbində bayram tədbiri keçirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DSX Xüsusi Məktəbində bayram tədbiri keçirildi - Video

Hərbi vətənpərvərlik ruhunun və sərhədçi peşəsinə marağın artırılması məqsədilə məktəblilər Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbində keçirilən tədbirə dəvət olunmuşlar.

Axar.az xəbər verir ki, əvvəlcə şagirdlər kursantlarla ünsiyyət quraraq məktəbin fəaliyyəti ilə yaxından tanış olmuş, onlar üçün yaradılmış şərait barədə ətraflı məlumat əldə etmişlər.

Xüsusi Məktəbin təlim-tədris prosesi, sinif otaqları, laboratoriyaları və digər inzibati binaları ilə tanış olan şagirdlərə kursantların gündəlik rejimi və sərhədçi kimi formalaşmaları üçün həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, vətənin müdafiəsində sərhədçilərin rolundan danışılmış, dövlət sərhədinin mühafizəsi işini şərəflə yerinə yetirən peşəkar kadrların hazırlanmasında məktəbin əhəmiyyətindən, kursantların qarşısında duran əsas vəzifələrdən bəhs edilmişdir.

Daha sonra məktəblilər və kursantlar birgə nahar etmiş, bayram tədbiri keçirilmişdir.

Tədbirdə Xüsusi Məktəbin şəxsi heyətinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Novruz bayramı münasibətilə təbriki çatdırılmış, kursantlar və qonaqlar üçün maraqlı konsert proqramı təşkil olunmuş, müxtəlif musiqi nömrələri, şeirlər, səhnəciklər təqdim edilmişdir.

Tədbir iştirakçıları xoş anlar yaşamış və məktəblilər üçün bu ekskursiya yaddaqalan təcrübəyə çevrilmişdir.

Tarix
2025.03.19 / 11:15
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla