Yuxarı

Azərbaycanda 12 günlük tətil başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 12 günlük tətil başlayıb.

Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 22 və 23 mart tarixləri şənbə və bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin verdiyi qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

8 Mart - Beynəlxalq Qadınlar günü şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 10 mart qeyri-iş günü olmalı idi. Bundan başqa, 30 mart Ramazan bayramı bazar gününə düşdüyündən 1 aprel qeyri-iş günü sayılmalıydı.

Beləliklə, 29 və 30 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz və Ramazan bayramlarında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.

Tarix
2025.03.20 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyevin bankı 671 manata görə onu məhkəməyə verdi

Bu işçilərin maaşı artırıldı

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Şeyx iftar mərasimi təşkil etdi

Mövqelərimiz Basarkeçər istiqamətindən atəşə tutuldu

Fərid Hüseynov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşdü

Nurlan Soltanova nazirlikdə yüksək vəzifə verildi

Bayramov Veldkampla telefon danışığı apardı: Sülhə maneə...

Bayramov Bəhreyn XİN başçısı ilə danışdı

Paşinyan: Sülh sazişini imzalamağa hazıram

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla