Gürcüstanın Marneuli şəhərində Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.
Axar.az Report-a istinadla xəbər verir ki, tədbirdə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili və digər rəsmi şəxlər iştirak edərək, bayram münasibətilə təbriklərini çatdırıblar.
Bayram şənliyi martın 21-də saat 11:00-da Marneuli Meriyasının qarşısında start götürüb.
Tədbir çərçivəsində teatrlaşdırılmış yürüş, ənənəvi tonqalqalanma, etno guşə, idman yarışları, uşaq əyləncə zonası, foto və “Gifer” zonaları, eləcə də yerli sahibkarların sərgi-satışı təşkil edilib. Qızıl Xaç və Marneuli Mədəniyyət Mərkəzinin “Rəsm Studiyası” tərəfindən də sərgi təqdim olunub.
Bayram proqramı çərçivəsində geniş konsert də nəzərdə tutulub. Saat 13:45-dən 17:40-dək davam edəcək tədbirdə Marneuli Mədəniyyət Mərkəzinin müğənniləri və qrupları, Ariz Hüseynov, “Kuçis Biçebi” qrupu və Azərbaycandan xüsusi olaraq dəvət olunmuş sənətçilər səhnəyə çıxacaq.
Bayram gecəsi DJ şousu və möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.