Yuxarı

MEDİA rusiyalı jurnalistlərin ölümü ilə bağlı başsağlığı verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, martın 24-də Rusiya Federasiyasının media subyektlərinin əməkdaşları – “İzvestiya” qəzetinin hərbi müxbiri Аleksandr Fedorçak, “Zvezda” telekanalının operatoru Аndrey Panov və çəkiliş qrupunun sürücüsü Аleksandr Sirkeli həlak olub, “Zvezda” telekanalının müxbiri Nikita Qoldin isə ağır yaralanıb.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Rusiya Federasiyasının media nümayəndələrinin həlakı ilə əlaqədar başsağlığı verib.

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi baş vermiş hadisədən kədərləndiyini bildirir, vəzifə borclarını yerinə yetirərkən həyatını itirmiş media nümayəndələrinin yaxınlarına, Rusiyanın media ictimaiyyətinə başsağlığı verir və yaralanmış jurnalistin tezliklə sağalmasını arzulayır.

Bildiririk ki, münaqişə zonalarında çalışan jurnalistlərin təhlükəsizliyinin təmin olunması mühüm şərtdir.

Xatırladaq ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan mediası da dəfələrlə bu kimi itkilərə məruz qalmışdır. Belə ki, 1991-ci ildə “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərovanın qətlə yetirilməsindən başlamış 2021-ci ildə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minaya düşərək həyatlarını itirmiş Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun həlak olmasına qədər Azərbaycan mediası çoxsaylı qurbanlar vermişdir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi jurnalistlərin harada çalışmasından asılı olmayaraq, xüsusən də qaynar münaqişə zonalarında təhlükəsiz şəraitdə informasiya almaları üçün lazımi mühitin yaradılmasını vacib hesab edir”, - başsağlığında bildirilib.

Tarix
2025.03.25 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan MN-dən qəribə bəyanat: Havaya açılan atəş?..

Paşinyan Rubio ilə danışdı: Bakı ilə saziş…

Arakçı İrəvanda dəhlizin adını çəkmədi – Niyə?

Mirzoyanın iddiaları əsassızdır - XİN

Arakçı İrəvanda Paşinyanla görüşdü: Sülh müzakirəsi...

Pakistandan Azərbaycanla bağlı tapşırıq

Tehrandan Bakı və İrəvana sülh çağırışı

İmamoğlu İrəvandan Ankaraya “qapı” açacaq? – 34 illik sənəd...

Moskva məhkəməsindən vurulan təyyarəmizlə bağlı qərar

Zəngəzurda bir rus sərhədçisi öldü, digəri yaralandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla