Yuxarı

TIR qəzasına görə bağlanan magistral açıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TIR qəzasına görə bağlanan magistral açıldı - Video

14:15

Masallı rayonu ərazisində ağırtonnajlı yük avtomobilinin aşması nəticəsində Ələt-Astara magistralında nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Masallı rayonuna aid hissəsində baş verib. Rusiya Federasiyasına tərəvəz daşıyan və Dağıstan Respublikasına məxsus TIR Bakı istiqamətinə hərəkət edərkən aşıb.

Nəticədə həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın axınında problemlər yaranıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib və yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılır.

Polis əməkdaşları sürücüləri alternativ yollara yönləndirir.

Faktla bağlı araşdırma aparılır.

***

Ələt-Astara magistral yolunda hərəkət bərpa olunub.

Aidiyyəti qurumların gördüyü tədbirlər nəticəsində yolun hər iki istiqamətdə nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin edilib.

Hazırda yolda avtomobillərin gediş-gəlişi normal qaydada davam edir.

Tarix
2025.03.31 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla