Yuxarı

Seyid Əzim Şirvaninin 190 illiyi qeyd ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur.

Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir. Seyid Əzim Şirvani cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında dayanmışdır. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoymuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük söz ustası Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Tarix
2025.04.04 / 11:38
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Lukaşenko ilə görüşü Kremli qıcıqlandırdı - Politoloq

Kremldən Əliyev-Putin görüşü ilə bağlı açıqlama

Paşinyanla görüşdən sonra Azərbaycan nümayəndələri... - Uşakov

Lukaşenko, İlham Əliyev və Şərif Çində görüşdü

Tiencində dövlət başçılarının şərəfinə ziyafət verildi

İlham Əliyev Çində Paşinyanla söhbət etdi - Foto

Britaniya səfiri Laçına getdi - Foto

Azərbaycan bu dəhlizə xüsusi əhəmiyyət verir – Hacıyev

Çində ŞƏT üzvləri üçün ziyafət: Əliyevə də masa ayrıldı - Video

İlham Əliyev Çində görüşlər keçirdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla