Yuxarı

Məşhur elektronika şirkətlərinin külli miqdarda borcu var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda elektronik avadanlıqların satışı ilə məşğul olan şirkətlərin külli miqdarda vergi borcu var.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu sırada ilk yerdə "Optimal Electronics" qərarlaşıb.

Qanuni təmsilçisi Əhəd Tofiq oğlu Əsgərov olan "Optimal Electronics"in Dövlət Vergilər Xidmətinin Lokal Gəlirlər Xidmətinə 321994.90 manat vergi borcu yaranıb.

Qanuni təmsilçisi Cəlil Əhmədov Mirqiyas oğlu olan "Protech Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinin 272898.43 AZN vergi borcu var.

"Mi Telecom Corporation" Məhdud Məsuliyyətli Cəmiyyətinin 164179.20 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisi Fidan Natiq qızı İsmayılovadır.

Qanuni təmsilçisi Çingiz Hümmətov olan "KL Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinin 76548.1 AZN vergi borcu yaranıb. Bu şirkət barəsində səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 813715.64 manat əlavə vergi, 615384.62 manat maliyyə sanksiyası hesablanıb.

Qanuni təmsilçisi Etibar Məmmədov olan "United Electronics" Məhdud Məsuliyyətli Cəmiyyətinin 41904.91 AZN, qanuni təmsilçisi Eldar Rüstəmov olan "Az Invest Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin isə 38408.85 manat vergi borcu var.

Tarix
2025.04.07 / 17:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Bisau arasında məsləhətləşmələr keçirildi

İlham Əliyev bu komissiya ilə bağlı dəyişiklik etdi

Vergidən azad edilən materialların siyahısı genişləndirildi

Babayan: Saytlarımız bu domenlə qeydiyyata alınırdı

Ölkədən getmək istəyən borclu şəxslərə SMS göndəriləcək

“Qırmızı Körpü” və “Samur”la bağlı mühüm qərar

Qarabağdakı mina partlayışına BMT-dən reaksiya

Ədalət Verdiyev azadlığa buraxıldı

Ceyhun Bayramov BƏƏ-yə getdi

Fərzanə Sadiq 3 günlük Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla