Yuxarı

ADY-nin 145 illiyinə həsr olunmuş ağacəkmə aksiyası - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dəmir Yolları 8 aprel tarixində Sabunçu stansiyasının yaxınlığında ağacəkmə aksiyası keçirib. Şirkətin 145 illiyinə həsr olunmuş aksiyanın əsas məqsədi əməkdaşlar arasında ətraf mühitin mühafizəsinin təbliği və ekoloji problemlərə diqqətin çəkilməsidir.

100-dən çox əməkdaşın iştirak etdiyi aksiyada 500-ə yaxın şam ağacı, o cümlədən endemik növ olan və Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş Eldar şamı əkilib və suvarılıb. Əlavə olaraq ərazidə abadlıq və təmizlik işləri aparılıb.

Dəmir yolu xətləri boyunca yaşıllıq zonasının salınması istiqamətində ADY tərəfindən davamlı olaraq yaz-payız mövsümlərində qurumun müxtəlif xidmət sahələrinin ərazilərində ağacəkmə aksiyaları təşkil olunur.

Xatırladaq ki, 2023-cü ildən BMT-nin Qlobal Sazişinə üzv olan ADY öz fəaliyyətində ətraf mühit, sosial məsuliyyət və idarəetmə (ESG) prinsiplərini əsas götürür. Belə ki, qurum bu istiqamətdə təşkil etdiyi tədbirlərə əsasən gənc əməkdaşları cəlb etməklə onların Dayanıqlı İnkişaf Məqsədlərinə dair məlumatlılığını artırmağı və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in icrasında rolunu genişləndirməyi hədəfləyir.

Tarix
2025.04.09 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi

Rusiyadan Bakı və İrəvana: Yardıma hazırıq!

Azərbaycanla müharibəni unudun! - Paşinyan

XİN başçılarının müavinləri görüşdü - Yenilənib

Türk ölkələri türk düşməni ilə razılaşdı: Nəticə necə olacaq?

Xankəndidən çıxmağa məcbur oldular - Qukasyandan etiraf

Kavelaşvilinin səfəri bu prosesə yeni təkan verəcək

Yeni nazirdən ilk: 1 milyarddan nə qədər qazanacağıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla