Yuxarı

“Expressbank”ın İdarə Heyəti sədri ABA-nı təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Banklar Assosiasiyası artıq 35 ildir ki, ölkəmizdə bank sektorunun sağlam, dayanıqlı və müasir formada təkmilləşməsinə ardıcıl və məqsədyönlü dəstək göstərir. Bu əlamətdar tarix, təkcə bir təşkilatın deyil, bütövlükdə Azərbaycanın bank sektorunun uzun inkişaf yolunun müvəffəqiyyət simvoludur.

ABA illər boyunca banklararası həmrəyliyin gücləndirilməsi, sektorda şəffaf və davamlı inkişafa nail olunması, o cümlədən milli maliyyə sisteminin möhkəmləndirilməsi, dayanıqlı və müasir bank sektorunun formalaşdırılması istiqamətində mühüm təşəbbüslərə imza atmışdır. Müxtəlif dövrlərin iqtisadi çağırışlarına çevik cavab verən ABA üzv banklar üçün dayaq nöqtəsi və inkişaf platforması olmaqla qalmayıb, həmçinin beynəlxalq maliyyə institutları üçün etibarlı tərəfdaşa çevrilmişdir.

Assosiasiyanın maarifləndirici fəaliyyətləri, təlim proqramları və bilik paylaşımı təşəbbüsləri bank əməkdaşlarının bacarıqlarının artırılmasında, eləcə də, maliyyə savadlılığının cəmiyyət üzrə yayılmasında əhəmiyyətli rol oynamışdır. Bununla yanaşı, üzv banklar arasında bilik mübadiləsinin təşkili və ortaq maraqlar ətrafında aparılan işgüzar müzakirələrin uğurlu nəticələri ABA-nın səmərəli fəaliyyətinin təzahürüdür.

ABA-nın aparıcı dəyərlərindən biri olan əməkdaşlıq ruhu bu gün də sektorda ortaq fəaliyyətin yaratdığı gücü möhkəmləndirir, strateji məsələlərin birgə həllini təmin edir. Bu çərçivədə fəaliyyət göstərən ekspert qruplarının və işçi birliklərinin səmərəli fəaliyyəti, sektorun ehtiyaclarına uyğun çevik yanaşmanı təmin edir.

“Expressbank” kollektivi və şəxsən öz adımdan başda Zakir Nuriyev və Yunus Abdulov olmaqla, Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyini və bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, ABA bundan sonra da innovativ təşəbbüsləri və qabaqcıl baxış bucağı ilə bank sektorunun inkişafına təkan verməyə davam edəcək.

Yeni nailiyyətlər və uğurlu gələcək arzusu ilə,

“Expressbank” ASC-nin İdarə Heyətinin sədri, Mehman Məmmədov

Tarix
2025.04.09 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi

Rusiyadan Bakı və İrəvana: Yardıma hazırıq!

Azərbaycanla müharibəni unudun! - Paşinyan

XİN başçılarının müavinləri görüşdü - Yenilənib

Türk ölkələri türk düşməni ilə razılaşdı: Nəticə necə olacaq?

Xankəndidən çıxmağa məcbur oldular - Qukasyandan etiraf

Kavelaşvilinin səfəri bu prosesə yeni təkan verəcək

Yeni nazirdən ilk: 1 milyarddan nə qədər qazanacağıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla