Yuxarı

Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran şəhəri ərazisindən tullantı sularının Xəzər dənizinə axıdılması ilə bağlı daxil olmuş şikayət 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər, Xəzər Kompleks Ekoloji Monitorinq idarələrinin və Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O qeyd edib ki, aparılan araşdırma və monitorinq zaman Lənkəran şəhərində formalaşan tullantı sularının təmizlənməsi üçün nəzərdə tutulan təmizləyici qurğunun istismara yararsız vəziyyətdə olması səbəbindən Lənkəran şəhərində formalaşan tullantı suları müxtəlif axarlar vasitəsi ilə Xəzər dənizinə axıdılması məlum olub.

Xidmət rəisinin sözlərinə görə, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən analiz aparılması üçün dənizə tökülən axarlardan nümunələr götürülüb:

"Analizin nəticələrinə görə su nümunələrində zərərli maddələrin miqdarının yol verilən həddən artıq olduğu məlum olub. Faktla bağlı akt və protokol tərtib edilərək Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquqi şəxs qismində 12500 manat məbləğində cərimələnməsi üçün toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib. Eyni zamanda, nöqsanların aradan qaldırılması üçün Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə xəbərdarlıq məktubu ünvanlanıb”.

Tarix
2025.04.09 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi

Rusiyadan Bakı və İrəvana: Yardıma hazırıq!

Azərbaycanla müharibəni unudun! - Paşinyan

XİN başçılarının müavinləri görüşdü - Yenilənib

Türk ölkələri türk düşməni ilə razılaşdı: Nəticə necə olacaq?

Xankəndidən çıxmağa məcbur oldular - Qukasyandan etiraf

Kavelaşvilinin səfəri bu prosesə yeni təkan verəcək

Yeni nazirdən ilk: 1 milyarddan nə qədər qazanacağıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla