Yuxarı

Bakıdan Milana hər gün uçuşlar həyata keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan Milana hər gün uçuşlar həyata keçiriləcək

Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidenti Samir Rzayevlə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko arasında görüş baş tutub.

Axar.az xəbər verir ki, görüşdə iki ölkə arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi və yeni imkanların dəyərləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər uçuşların intensivləşdirilməsinin Azərbaycan və İtaliya arasında iqtisadi, turizm və mədəni əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

S.Rzayev bildirib ki, AZAL 1 apreldən etibarən Bakı-Milan-Bakı marşrutu üzrə reyslərinin sayını artıraraq həftədə 6 dəfəyə çatdırıb, 13 may tarixindən isə uçuşları hər gün həyata keçirəcək.

Səfir Di Canfrançesko 2026-cı ildə İtaliyada təşkil olunacaq Qış Olimpiya Oyunlarını qeyd edərək Azərbaycan və İtaliya arasındakı uçuşlarının əhəmiyyətini xüsusilə vurğulayıb.

Qeyd edək ki, hazırda AZAL tərəfindən Bakı-Milan-Bakı marşrutu üzrə müntəzəm reyslər həyata keçirilir. 2024-cü ildə sözügedən istiqamətdə 252 reys (gediş-dönüş) yerinə yetirilib və ümumilikdə 67 708 sərnişin daşınıb. Təkcə 2025-ci ilin yanvar-mart aylarında AZAL tərəfindən bu istiqamət üzrə 67 reys yerinə yetirilib və 15 236 sərnişin daşınıb.

Görüş zamanı tərəflər yeni istiqamətlərin açılması, ortaq təşəbbüslərin irəli sürülməsi və regional inteqrasiya imkanlarının nəzərdən keçirilməsi barədə də fikir mübadiləsi aparıb.

Tarix
2025.04.10 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla