Yuxarı

Elektron qolbaq taxılan Anarın qəza səbəbi... - Qohumu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektron qolbaq taxılan Anarın qəza səbəbi... - Qohumu

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. "Bolt" şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.az-a açıqlama verən sürücünün qohumu Allahverdi Xanəliyev hadisənin baş vermə səbəbini açıqlayıb.

"Anar Nəcəfov yaşlı və xəstə adamdır, imkansızlıqdan taksi sürməyə başlamışdı. Cəmi 1-2 gün idi ki, taksidə işləyirdi. Maşın şirkətə məxsus olub.

Avtomobili idarə edən zaman onu qıcolma (sudurğa) tutub, ayağı qazda qalıb. Bu səbəbdən də qəza törədib. Onun hər iki ayağı sınıb.

Borclarını qaytara bilməməsi səbəbindən məhkəmənin qərarı ilə Anar Nəcəfovun ayağına Bakı şəhərini tərk etməməsinə görə elektron qolbaq taxılmışdı", - deyə o qeyd edib.

Xatırladaq ki, qəzada xəsarət alan sürücü Anar Nəcəfov və sərnişin Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Tarix
2025.04.11 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

ABŞ-la strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Venslə bağlı erməni yalanı: Azərbaycanda inanıblar...

Azərbaycana səfərim möhtəşəm idi - Vens

Azərbaycanda yeni televiziyaya lisenziya verildi

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

FHN və ADA arasında memorandum imzalandı - Video

Azərbaycan Kanadaya başsağlığı verdi

Azərbaycan-Serbiya hərbi əməkdaşlıq planı imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla