Yuxarı

Mülkə görə xəstə qardaşını döyən şəxs bəraət aldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mülkə görə xəstə qardaşını döyən şəxs bəraət aldı

Masallıda kişi ata mülkünə görə xəstə qardaşını döyüb.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Kubin kəndində, yol kənarında qeydə alınıb.

Kənd sakini, 50 yaşlı Natiq Muradov (ad və soyad şərtidir) ağac parçası ilə qardaşının baş, əl və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib. Daha sonra Natiq saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, mal-qaranı örüşdən gətirmək üçün gedib. Yolda xəstə qardaşını görüb və məlum hadisə baş verib.

Onun sözlərinə görə, bu hadisədən əvvəl də zərərçəkən digər qardaşı ilə birləşib onu döyüblər. Aralarında illərdir ata mülkünü bölmək üstündə ədavət yaranıb. Natiq Muradov əməlindən peşman olduğunu deyərək məhkəmədən barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

Masallı Rayon Məhkəməsinin qərarı ilə N.Muradov barəsində amnistiya aktı tətbiq olunub və o, məsuliyyətdən azad edilib.

Tarix
2026.02.11 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla