Yuxarı

Müştərinin kartından oğurluq edən administrator saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müştərinin kartından oğurluq edən administrator saxlanıldı

Restoranda müştərinin bank kartından oğurluq edən administrator saxlanılıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən restoranların birində qeydə alınıb.

Restoranda yemək yeyən şəxs hesabı kartla ödəmək istədiyini bildirib. Restoranın administratoru isə onlarda post-terminalın olmadığını deyib və pulu yaxınlıqdakı bankomatdan çıxarmaq üçün müştəridən kartını ona verməsini istəyib.

Müştəri isə maddi vəsaiti çıxarmaq üçün bank kartını və şifrəni administratora verib.

Sonradan zərərçəkən kartından ödənişlə birlikdə ümumilikdə 1006 manatının çıxarıldığını aşkar edib.

Zərərçəkənin şikayətindən sonra əməli törədən restoranın administratoru - 42 yaşlı G.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Tarix
2025.04.11 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla