Yuxarı

Xanlar Vəliyevi kim əvəz edir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokurorun müavini - Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddəti 8 apreldə başa çatıb və o, təqaüdə göndərilib. Hələlik həmin vəzifəyə yeni təyinat yoxdur. Bəs hazırda hərbi prokurorun səlahiyyətlərini kim icra edir?

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Azərbaycanın hərbi prokurorunun 3 müavini var.

Bunlar ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə general-mayoru Fuad Məmmədov və ədliyyə polkovniki Mehdi Hüseynzadədir.

Onlardan ən təcrübəlisi Ş.İmranovdur. O, 1972-ci ildə Göyçay rayonunda anadan olub. 2005-ci ildən Hərbi Prokurorluqda çalışır. General-mayor 16 ildir hərbi prokurorun müavinidir. Ş.İmranov bu vəzifəyə 2009-cu il dekabrın 4-də o zaman Baş prokuror olan Zakir Qaralovun əmri ilə təyin edilib.

Hərbi prokurorun digər müavini ədliyyə general-mayoru Fuad Məmmədovun tərcümeyi-halı geniş ictimaiyyətə məlum deyil. Bilinən odur ki, Fuad Kamil oğlu Məmmədov 2020-ci ilin iyul ayından bu vəzifəni tutur. Onun təyinatı ilə bağlı əmri Baş prokuror Kamran Əliyev imzalayıb. Bu təyinata qədər Hərbi Prokurorluqda şöbə rəisi işləyib.

Hərbi prokurorun digər müavini Mehdi Tofiq oğlu Hüseynzadədir. O, 19 may 1976-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1999-cu ildən prokurorluq orqanlarına işə qəbul olunub. Həmin tarixdən Hərbi Prokurorluq sistemində çalışır.

M.Hüseynzadə 22.06.2010-cu ildə Tərtər hərbi prokuroru, 24.06.2013-cü ildə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, 07.07.2020-ci ildə isə Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 2022-ci ilin mart ayında Baş prokuror Kamran Əliyevin əmri ilə hərbi prokurorun müavini vəzifəsinə təyinat alıb.

Hərbi Prokurorluğun saytında müavinlərin sıralaması belədir:

Şəfahət İmranov

Mehdi Hüseynzadə

Fuad Məmmədov

Hazırda üç müavindən hansının hərbi prokuroru əvəz etdiyinə gəlincə, Hərbi Prokurorluqdan bu suala cavab verilməyib.

Tarix
2025.04.12 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla