
Siyahı yeniləndi: Türkiyənin ən zənginləri...
01:10
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.
Axar.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı Feysbukda məlumat yayıb.
M.Zeynallının sözlərinə görə, həyat yoldaşı Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə göndərilib:
“Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, “biopsi” götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”.
Məlumata görə, onun bağırsağında olan bədxassəli şiş artıq metastaz verib və xərçəng qara ciyərinə yayılıb.
“Bu günlərdə kimyaterapiyaya başlayacaqlar”, – Məlahət Zeynallı qeyd edib.
APA məsələ ilə bağlı Penitensiar Xidmətə sorğu göndərib.
Tarix
2025.04.13 / 13:50
|
Müəllif
Axar.az
|