Yuxarı

Yeni mərhələ başlandı: Ağaclar nömrələnir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2022-ci ildən həyata keçirilən “Bakı şəhərində ağacların qeydiyyatı və nömrələnməsi” layihəsinin növbəti mərhələsinə başlanılır.

Axar.az xəbər verir ki, Leyla Əliyevanın iştirakı ilə aprelin 13-də Bakı şəhərinin Nərimanov rayonunda yerləşən yeni açılan parkda layihə üzrə ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub. Eyni zamanda parkın ərazisində 50 ədəd zeytun ağacı əkilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin dayanıqlığını təmin etmək, müdaxilə hallarının aradan qaldrılmasına, dəqiqləşdirilmiş inventarizasiya və reyestr platformasının formalaşdırılmasına, ictimai nəzarətin gücləndirilməsinə nail olmaqdır.

Qeyd edək ki, layihə çərçivəsində artıq “Şəhər yaşıllıqlarının reyestri” informasiya sistemi yaradılıb və Bakı şəhərinin Səbail rayonu ərazisində 25 minə yaxın ağac uçota alınıb, yaxın aylarda üzərlərinə nömrə lövhələri vurulmaqla inventarlaşma prosesinin tamamlanması nəzərdə tutulub.

Eyni zamanda, layihənin pilot mərhələdə icrası zamanı Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkı və abad həyət komplekslərində 2 min 352 ağac uçota alınaraq inventarlaşdırılıb. İnventarlaşdırılmış ağacların üzərində hər bir ağacı identikləşdirən inventar lövhələri vurulub.

Ağaclar barədə məlumatların ictimaiyyətə açıq formada təqdim edilməsi məqsədilə www.agac.az portalı sınaq rejimində istifadəyə verilib. Təqdim olunan portal, Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 2025-ci il tarixli, 282 nömrəli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal ekologiya” informasiya sisteminin tərkib hissəsi olaraq yaradılmışdır.

Qeydiyyat işləri şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqlara şamil edilir. Proses əvvəlcədən təşkil edilmiş qruplar tərəfindən, hər bir ağacın üzərində xüsusi hazırlanmış nömrə etiketləri vurmaqla və həmin ağac barədə dürüst məlumatların elektron bazada yığılması ilə həyata keçirilir. Nömrələnmə ağaclara tam zərərsiz olan üsul ilə aparılır. Ağacın gövdəsinə vurulan etiketlər davamlı materialdan hazırlanır və üzərində ağacın nömrəsi və ağacın fərdi profilinə keçid üçün QR-kod əks olunur.

Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihənin tərəfdaşları hər kəsi yaşıllıqların mühafizəsi və artırılmasına dəstək olmağa, təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Tarix
2025.04.13 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Tokayev bir-birlərini təbrik etdi

Bu ölkədə səfirliyimiz açıldı, nazir iştirak etdi - Foto

Trampın Azərbaycana göndərdiyi məktubda bu sözlər diqqət çəkdi

Bayramov Keniyanın baş naziri ilə görüşdü

MM-in növbədənkənar sessiyasının ilk iclası başladı

Bakı Enerji Forumu başladı

OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı

Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla