Yuxarı

Yarım milyonu mənimsəyən “general”a hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda rüşvət alma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə ittiham olunan Mirdaməd Əzizova hökm oxunub.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Mirdaməd Əziz oğlu Əzizov özünü əmlak eksperti kimi təqdim edərək, 26 nəfərə məxsus ümumilikdə 431.600 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib. O, bu əməlləri vahid niyyətlə həyata keçirərək külli miqdarda dələduzluğa yol verib.

Mirdaməd Əzizov mənzillərin alqı-satqısı sahəsində televiziyalarda, yazılı mətbuatda və sosial şəbəkələrdə ekspert kimi çıxış edib. Bu səbəbdən bir çox şəxs mənzil əldə etmək ümidi ilə ona müraciət edib. 2022-ci ilin əvvəllərindən etibarən Yasamal rayonunda yerləşən ofisində fəaliyyət göstərən Əzizov mənzil almaq istəyən vətəndaşlara guya Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) çalışan vəzifəli şəxslərlə əlaqələri olduğunu deyib. O, müəyyən məbləğ qarşılığında həmin şəxslərə mənzil ayrılmasında köməklik göstərəcəyini vəd edib.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, əvvəlcədən MİDA-nın "Güzəştli mənzil" sistemi barədə məlumat əldə edib və yanına gələn vətəndaşlara bu sistemin iş prinsipi barədə ətraflı izahat verib. O, zərərçəkmiş şəxsləri MİDA-nın qeydiyyatına salmaq adı ilə onları guya "investor" adlı proqrama daxil edəcəyini vəd edib.

Mirdaməd Əzizov bu yolla vətəndaşların etimadını qazanaraq, "Yeni Yasamal" yaşayış kompleksindən mənzil almaq bəhanəsi ilə 26 nəfərdən ümumilikdə 431.600 manat pul toplayıb və bu vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. Məhkəmədə etdiyi əməldən peşman olduğunu bildirib. O, özünə məxsus ofisdə saxta "general" geyimində vətəndaşları qəbul edərək onlarda inam yaradıb və pullarını alıb.

Məhkəmənin qərarı ilə Mirdaməd Əzizov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Tarix
2025.04.14 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Namazov: Azərbaycana qarşı hərbi əməliyyatlar başlaya bilər

İstanbuldakı zəlzələ ilə bağlı vacib xəbər: 15 km-lik fay xətti...

İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi

Əliyevin Çinə səfərinə Rusiyadan - Sensasion baxış

Xankəndidə mühüm tədbir keçiriləcək

Tələbələrimiz "erməni soyqırımı" ilə bağlı tədbiri ləğv etdirdi

Çinlə əməkdaşlığımız Avrasiya üçün mühümdür

Paşinyan bayrağımızı yandıranları təxribatçı adlandırdı

Prezident Sonq Hailianqla görüşdü - Foto

Ermənistanın yaydığı bu məlumat yalandır!

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla