Yuxarı

"City Garden Narimanov" layihəsi GPM360 sertifikatına layiq görüldü!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kristal Abşeron"un "City Garden Narimanov" layihəsi Green Project Management (GPM) Global tərəfindən təqdim edilən GPM360 beynəlxalq mükafatına layiq görülüb.

10 aprel tarixində həyata keçirilən ikinci "Sustainable Construction Summit" (Dayanıqlı Tikinti Zirvəsi) tədbirində "Kristal Abşeron"un Müşahidə Şurasının sədri Mahayət Nəbiyevə GPM 360 (Green Project Management) sertifikatı təqdim olunub. Layihənin bu beynəlxalq mükafata layiq görülməsi sosial, ekoloji və iqtisadi aspektlərdə əldə etdiyi yüksək nəticələrin və dayanıqlılıq meyarlarına ciddi şəkildə əməl olunmasının sübutudur.

GPM360 layihələrin idarə olunması prosesində dayanıqlılıq prinsiplərinin tətbiqini və P5 modeli (Məhsul, Proses, İnsanlar, Planet və Rifah) üzrə dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunu qiymətləndirən beynəlxalq sertifikasiya prosesidir. Bu qiymətləndirmə layihənin yalnız texniki və iqtisadi göstəricilərini deyil, həm də insan haqlarına, ətraf mühitin qorunmasına, sosial məsuliyyətə və uzunmüddətli rifaha töhfəsini əhatə edir.

"City Garden Narimanov" layihəsi qiymətləndirmə mərhələsində GPM360-ın tələb etdiyi bütün əsas sənədləri və məlumatları tamlıqla təqdim etmiş, sosial, ekoloji və iqtisadi təsirlərə dair ətraflı hesabatlarla fərqlənmişdir.

Bu uğur Kristal Abşeronun yalnız tikinti sektorunda deyil, dayanıqlı inkişaf sahəsində də strateji yanaşmaya sahib olduğunu bir daha nümayiş etdirir. "City Garden Narimanov" layihəsinin GPM360 mükafatı ilə təltif olunması, onun beynəlxalq standartlara uyğunluğunu və Azərbaycanda dayanıqlı tikinti sahəsində aparıcı mövqelərdən birini tutduğunu göstərir.

Qeyd edək ki, "City Garden Narimanov" layihəsi daha öncə də nüfuzlu beynəlxalq daşınmaz əmlak mükafatı olan "International Property Awards"a layiq görülüb.

Əlavə edək ki, "City Garden Narimanov" layihəsinin "GPM360" sertifikatına müraciəti, hazırlığı və sertifikatın alınması PMO.az şirkətinin dəstəyi ilə həyata keçirilib.

Ətraflı: *1544 və ya 050 293 10 10

Ünvan: Nərimanov rayonu, İslam Abışov küçəsi

kristalabsheron.az

Tarix
2025.04.14 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı müstəmləkə əsarəti altında olanlara dəstək verəcək

Əliyev bunun qarşısını alacaq yeganə liderdir – İsrail mediası

Saakaşvilidən İlham Əliyev haqda heyrətamiz sözlər

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video

Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla