Yuxarı

“Expressbank”ın faiz gəlirləri 25% artıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Expressbank” 2025-ci ilin I rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın bu dövr ərzində əldə etdiyi göstəricilər onun maliyyə dayanıqlığını, müştəri etimadını və bazarda artan aktivliyini əks etdirir.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 25%-lik artımla 19 milyon manatı ötüb. Bu nəticə, ilk növbədə, Bankın kredit məhsullarına olan yüksək tələbin və genişlənən müştəri bazasının göstəricisidir. Xüsusilə biznes kreditləri və daşınmaz əmlak kreditləri üzrə müşahidə olunan artım bu tendensiyanı gücləndirib.

Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozit portfeli də artım göstərərək 218 milyon manatı ötüb. Bu da əvvəlki dövrlə müqayisədə 16,3 milyon manat, yəni 8% artım deməkdir. Bu artım “Expressbank”ın müştəri etimadını qazanmaqda və qorumaqda nə qədər uğurlu olduğunun bariz göstəricisidir.

Bankın xalis faiz gəlirləri isə 13%-dən çox artaraq 13 milyon manatı keçib. Bu göstərici “Expressbank”ın gəlir strukturunun sağlam və effektiv idarə olunduğunu nümayiş etdirir.

Məqsədli ehtiyatlar və vergi xərcləri çıxıldıqdan sonra Bankın xalis mənfəəti 2,419,978 AZN təşkil edir.

“Expressbank” 2025-ci ilin ilk rübündə nümayiş etdirdiyi bu nəticələrlə bank sektorunda müsbət dinamika nümayiş etdirən aparıcı maliyyə qurumlarından biri kimi çıxış etməyə davam edir. Məlumat üçün bildirək ki, ​beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2024-cü ilin oktyabr ayında Expressbankın uzunmüddətli emitent defolt reytinqini “B” səviyyəsindən “B+” səviyyəsinə yüksəldib və proqnozunu “sabit” olaraq müəyyən edib.​ Bankın audit hesabatını böyük dördlüyə daxil olan KMPG audit şirkəti aparır.

“Expressbank” ASC 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

"Expressbank" – İşiniz rahat getsin!

Tarix
2025.04.15 / 12:13
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Bakının daha bir tələbini qəbul etdi

Bakı və Tehran konsulluq məsləhətləşmələri keçirdi

Prezident 4 sədr müavininə yeni vəzifə verdi

Prezidentdən bu başçı ilə bağlı qərar - Siyahıdan çıxartdı

Əliyevin Kavelaşvili ilə görüşündən video yayıldı

Əliyevin Çinə səfəri: Viza rejimi ləğv edilə bilər...

Gürcüstan prezidentinin Bakı səfəri başa çatdı

Çinlə Azərbaycan arasında protokol imzalandı

Bakı ilə Tehran arasında bu sazişin imzalanması təsdiqləndi

Kavelaşvili Sahibə Qafarova ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla