Yuxarı

"Rabitəbank" maliyyə göstəricilərini açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rabitəbank" 2025-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb. Belə ki, müvafiq dövrü Rabitəbank 4 milyon 657 min manat xalis mənfəətlə başa vurub.

Ötən ilin cari dövrü ilə müqayisədə Bankın aktivləri 10.9 % artaraq 1 milyard 198 milyon manata çatıb.

Kredit portfelində müsbət dinamika

Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.8 % artıb. Nəticədə ümumi kredit portfeli 873 milyon 971 min manata yüksəlib.

Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə biznes kreditləri portfeli 22.3% artaraq 403 milyon 249 min manata, o cümlədən, istehlak kreditləri portfeli 23.7% artaraq 304 milyon 71 min manata, ipoteka kreditləri isə 17.5% artaraq 166 milyon 651 min manata çatıb.

Bankda fiziki şəxslərin əmanətləri artıb

Ümumi əmanət portfelinə nəzər saldıqda isə görürük ki, fiziki şəxslər üzrə əmanətlər isə 4.2 % artaraq 469 milyon 485 min manata çatıb.

Faiz gəlirləri yüksəlib

Bankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 16.7 % artaraq 31 milyon 137 min manata çatıb.

Məcmu kapitalına nəzər saldıqda isə görürük ki, ötən ilin eyni dövrü ilə müqayisədə 5.9% artaraq 122 milyon 605 min manat olub.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Tarix
2025.04.15 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzurda daha bir İran yük maşını aşdı - Foto

Kərim Vəliyev Slovakiyada - Foto

Paşinyan Bakının daha bir tələbini qəbul etdi

Bakı və Tehran konsulluq məsləhətləşmələri keçirdi

Prezident 4 sədr müavininə yeni vəzifə verdi

Prezidentdən bu başçı ilə bağlı qərar - Siyahıdan çıxartdı

Əliyevin Kavelaşvili ilə görüşündən video yayıldı

Əliyevin Çinə səfəri: Viza rejimi ləğv edilə bilər...

Gürcüstan prezidentinin Bakı səfəri başa çatdı

Çinlə Azərbaycan arasında protokol imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla