Yuxarı

Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək

Bu il Azərbaycana özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir.

Axar.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

Onun sözlərinə görə, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib: "Gün ərzində fəaliyyət göstərən avtobusların orta sayı 2024-cü ildə 2 160-ə qədər artırılıb. Bakı şəhərində avtobus sayının 2 800-ə çatdırılması nəzərdə tutulur".

O bildirib ki, Bakı-Sumqayıt istiqamətində 4 marşrut açılıb:

"Gün ərzində Bakıdan Sumqayıt və Saray istiqamətində təxminən 25 min sərnişin daşınır".

Tarix
2025.04.16 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla