Yuxarı

Kartlardan pullar talanır: yeganə yol budur – Pərdəşünas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kartlardan pullar talanır: yeganə yol budur – Pərdəşünas

Banklar təhlükəsizlik sistemlərini təkmilləşdirə və məsələn, biometrik imzalardan istifadə edə bilərlər. Amma bu, hər bir bankın öz təşəbbüsü ilə həll edə biləcəyi məsələ deyil. Bəlkə də Mərkəzi Bank və Maliyyə Nazirliyi bu istiqamətdə qərar verib, bütün ödəniş əməliyyatlarında biometrik imzanın məcburi tətbiqini tələb etsə, müəyyən irəliləyişə nail olmaq olar.

Bu sözləri Axar.az-a açıqlamasında İKT mütəxəssisi Fərid Pərdəşünas kiberdələduzluq hallarından qorunmağın yollarından danışarkən deyib.

Onun sözlərinə görə, kiberdələduzluq halları yeni deyil, illərdir mövcuddur:

“Daxili İşlər Nazirliyi son vaxtlar vətəndaş müraciətləri əsasında bu barədə statistik məlumatları mütəmadi açıqlamağa başlayıb və bu, cəmiyyətin diqqətini məsələyə daha çox yönəldib”.

Mütəxəssis bildirib ki, statistikanın açıqlanması müsbət haldır və vətəndaşlar bunun sayəsində vəziyyətin ciddiliyini daha yaxşı dərk edirlər:

“Baş verən hadisələrin mərkəzində vətəndaşlar dayanır və bu kiberdələduzluq halları birbaşa onların şəxsi məlumatlarını hədəfə alır. Burada bank sistemlərinə texniki müdaxilədən söhbət getmir. Əksinə, vətəndaşlar öz şəxsi məlumatlarını könüllü şəkildə təqdim edirlər”.

İKT mütəxəssisi bildirib ki, təhlükəsizlik tədbirləri vacib olsa da, əsas məsuliyyət vətəndaşların üzərinə düşür:

“İnternetdə aktiv olan hər bir şəxs bu problemlə qarşılaşa bilər. Masterkart və Visa kimi qlobal ödəniş sistemlərinin də müəyyən təhlükəsizlik qaydaları var və onlara da əməl olunmalıdır. Ən effektiv yol isə vətəndaşların maarifləndirilməsidir. Onlar şəxsi məlumatlarını, xüsusilə də bankla bağlı informasiyanı heç bir halda naməlum şəxslərə və qurumlara verməməlidir”.

Pərdəşünas əlavə edib ki, dələduzlar daim yeni metodlarla çıxış etdikləri üçün bu istiqamətdə maarifləndirmə və diqqət həmişə yüksək səviyyədə saxlanılmalıdır:

“Dələduzlar hər cür təhlükəsizlik tədbirinə qarşı alternativ yollar düşünür və yeni metodlarla insanları hədəfə alırlar. Bu səbəbdən əsas məsuliyyət vətəndaşların öz üzərinə düşür. Banklar isə, qeyd etdiyim kimi, bu hallarda zərərin kompensasiyasını təmin edə bilmir, çünki əməliyyatlar vətəndaşın öz razılığı və təsdiqi ilə həyata keçirilir. İkimərhələli təsdiq kodunun paylaşılması isə hüquqi olaraq bankı məsuliyyətdən azad edir”.

Tarix
2025.04.20 / 08:00
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla