Yuxarı

Lahor-Bakı aviareysi üzrə ilk uçuş həyata keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lahor-Bakı aviareysi üzrə ilk uçuş həyata keçirildi

Aprelin 20-də Pakistan Beynəlxalq Hava Yolları (PIA) şirkəti tərəfindən həyata keçirilən Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuşun qarşılanma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin nümayəndələri, hava limanının rəhbər şəxsləri, habelə media təmsilçiləri iştirak ediblər.

Mərasimdə çıxış edən Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov aviareysin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu birbaşa uçuşlar təkcə iki ölkə arasında hava nəqliyyatı əlaqələrinin genişlənməsi baxımından deyil, həm də strateji tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından mühüm addımdır:

"Əminik ki, yaxın aylarda Lahordan daha çox sərnişini qarşılamaq imkanı əldə edəcəyik və bu hava körpüsü iki ölkə arasında yeni uğurlara yol açacaq”.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə qeyd edib ki, yeni reysin istifadəyə verilməsi iki ölkə arasında strateji və iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək:

“Lahor–Bakı birbaşa uçuşlarının bərpası bizi çox sevindirir. Sərnişin sayını artırmaq və İslamabaddan da yeni sərnişinlər cəlb etmək üçün əlimizdən gələni edəcəyik. Əminik ki, bu əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcək”.

Qeyd edək ki, Lahor–Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bu marşrut Azərbaycan ilə Pakistan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişlənməsinə xidmət edir.

Tarix
2025.04.20 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla