Yuxarı

Bu borcları olanlar "qara siyahı"ya düşməyəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Kredit büroları haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər. Əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

"Adətən kredit tarixçəsinə aid olan məlumatların təqdim olunması inzibati proseduralar, zaman və eləcə də xərc tələb edirdi. Digər tərəfdən, bu öhdəliklərə əməl edilməsinə nəzarət və məsuliyyətə cəlb etmək də mürəkkəb mexanizm idi.

Yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına imkan verir və onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısını alacaq. Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımız üçün bu sahədə inzibati proseduraları keçməsi zərurəri aradan qaldırıldığından vəsaitə qənaət etməsinə və onların kreditlər üzrə “qara siyahı"ya bu səbəbdən düşməsinin qarşısının alınmasına gətirib çıxaracaq. Gözlənilir ki, bu, həmçinin bu sahədə aktivliyin artmasına və alqı-satqı dövriyyəsinin genişlənməsinə imkan yaradacaq", - o əlavə edib.

Tarix
2025.04.21 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

Yalçın Rəfiyev İraqda səfərdədir

Prezident Əliyev sabah bu ölkəyə səfər edəcək

Azərbaycanlılarla qarşılaşdım, bizdən zəifdirlər - Aqabekyan

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video

Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiya keçdi

İrəvan niyə MQ-ni saxlamaqda israr edir? - Bayramov

Bayramov Çavuşoğlunun yasına getdi - Foto

İndi hər şey İrəvanın addımından asılıdır - Bayramov

ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla