Yuxarı

Hərbi xidməti başa vuran sərhədçilər ehtiyata buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi qulluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir.

Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Hərbi hissələrin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı Zəfərdən sonra dövlət sərhədinin mühafizəsi və müdafiəsi kimi ali vəzifəni yerinə yetirmək hər bir sərhədçi üçün böyük qürurdur.

Xidməti borclarını ləyaqətlə başa vuraraq ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına Vətənə sədaqətlə xidmət etdiklərinə və qarşıya qoyulmuş tapşırıqları nümunəvi şəkildə yerinə yetirdiklərinə görə təşəkkür edilib.

Tədbirlərin sonunda xidmətdə fərqlənənlər təltif olunmuş, şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilmiş və sərhədçi əsgərlər təntənəli şəkildə yola salınıblar.

Tarix
2025.04.21 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Yalçın Rəfiyev İraqda səfərdədir

Prezident Əliyev sabah bu ölkəyə səfər edəcək

Azərbaycanlılarla qarşılaşdım, bizdən zəifdirlər - Aqabekyan

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video

Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiya keçdi

İrəvan niyə MQ-ni saxlamaqda israr edir? - Bayramov

Bayramov Çavuşoğlunun yasına getdi - Foto

İndi hər şey İrəvanın addımından asılıdır - Bayramov

ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla