Yuxarı

Başçının qəbuluna getməyi başına bəla oldu - Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçının qəbuluna getməyi başına bəla oldu - Məhkəmə

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının şüşəsini sındıran bağbana hökm oxunub.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, 1997-cı il tarixdə Hacıqabulda doğulmuş, rayonun Mərkəzi Xəstəxanasında bağban işləyən U.T. İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. İşə rayon məhkəməsində baxılıb.

Məlum olub ki, U.T. atasına iş istəmək üçün Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qəbuluna gedib. Bu zaman Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev də Sevindik Hətəmovun qəbulunda olub.

Baş həkim qəbulda bağbanı görən zaman kimdən icazə aldığını soruşub. Təqsirləndirilən şəxs isə direktorun müavini Cahangir Şıxəliyevdən şifahi icazə aldığını və ərizə yazmadığını deyib.

İcra başçısı ilə görüşdən sonra xəstəxana direktoru Natiq Əliyev bağbanı kabinetinə çağıraraq danlayıb. Əlini yumruqla stola vuraraq icazəsiz icra başçısının qəbuluna getdiyinə görə yenidən ona iradını bildirib.

U.T. bildirib ki, Natiq Əliyev əlini 3 dəfə stola çırparaq, onunla yüksək tonda danışıb. O isə başını əvvəlcə direktorun otağında divara, daha sonra isə giriş qapısına vurub. Sonra karidora çıxaraq orada olan arakəsmə şüşənin yumruqla vuraraq sındırıb.

Nəticədə direktorun kabinetinin qapısına 165, arakəsmə qapının bulanıq (buz) şüşəsini sındırmaqla isə 40 manat maddi ziyan vurub.

Məhkəmənin qərarı ilə U.T. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarında, yəni 165 manat məbləğində cərimə edilib.

Tarix
2025.04.22 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla