Yuxarı

Lənkəranda şagirdlər niyə imtahana buraxılmadı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta ümumtəhsil məktəbinin 21 şagirdi iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, həmin məktəbin 5 şagirdi isə imtahanda iştirak üçün tələb olunan arayışların imtahanın başlama saatından bir qədər gec imtahan rəhbərinə təqdim edildiyinə görə prosesdə iştirak edə bilməyib:

"Məktəblilərin may ayının 11-də keçirilməsi nəzərdə tutulan imtahanda iştirakı üçün DİM-in Lənkəran Regional Bölməsinə müraciət olunub".

Dövlət İmtahan Mərkəzindən qeyd edilib ki, tələb olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı imtahana buraxılmır:

"Yuxarıdakı məsələ ilə bağlı DİM-ə rəsmi müraciət olunduqdan sonra araşdırma aparılıb müvafiq qərar qəbul oluna bilər".

Qeyd edək ki, Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbinin 9-cu sinif şagirdlərinin buraxılış imtahanına buraxılmaması barədə xəbərlər yayılıb. Şagirdlərin yaxınlarının bildirdiyinə görə, buna səbəb məktəb direktorunun məsuliyyətsizliyi olub. Qeyd olunub ki, imtahanda iştirak üçün tələb olunan arayışlar təhsil müəssisəsi tərəfindən şagirdlərə təqdim edilməyib.

Tarix
2025.04.22 / 19:13
Müəllif
Axar.az
Digər xəbərlər

Orxan Fikrətoğlu vəzifə almayıb, əksinə, “vurulub” - Sensasiya

Kaya Kallas Azərbaycana gəlir

Prezident xanımı ilə Çinə getdi

Qafarova ilə təkbətək söhbətim oldu, məncə… - Simonyan

Qafarovadan deputata irad: Hökumətə nə olub ki!

İrandan ölkəmizə qarşı PUA təhlükəsi – Nə baş verir?

Heydər Əliyevin Şanxay haqqında çıxışı - Video

Nikol Bakının şərtini bu vaxt yerinə yetirəcək - Perenciyev

Azərbaycan “orta güc”ə çevrilir - Ekspert

Gülməmmədov Milli Məclisdə hesabat verir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla