Yuxarı

Zəngəzur dəhlizi açılarsa... - Türkiyə səfiri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa və Zəngəzur dəhlizi açılarsa, Çindən Londona qədər türk dünyasının Orta dəhlizlə bağlı imkanları son dərəcə inkişaf edəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, rəsmi Ankaranın prosesə dəstək verdiyini bildirib.

Diplomat söyləyib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr daha da inkişaf etməlidir:

“Bu gün ticarət həcmimiz altı milyard yarım dollardır. Hədəf 15 milyard dollardır. Bu, xəyal deyil. İnteqrasiya sürətlənərsə, qarşıdakı 3-5 il içində bu hədəfimizə çata bilərik”.

B.Akgün Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” anlayışı ilə formalaşan əlaqələrin kritik dövrlərdə konkret nəticələrə səbəb olduğunu vurğulayıb: “İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdə Azərbaycanın əzmi, Türkiyənin güclü mənəvi və siyasi dəstəyi mühüm rol oynadı”.

Azərbaycanın Qarabağ və ətrafının yenidən qurulması və dirçəldilməsi istiqamətində layihələr həyata keçirdiyini xatırladan səfir türk şirkətlərinin də bu səylərə böyük dəstək verdiyini vurğulayıb:

“Hər iki ölkənin xalqları münasibətlərin səviyyəsindən xəbərdardır və bunu qiymətləndirir. Siyasi baxımdan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi güclü liderlik və qardaşlıq anlayışı münasibətlərin hər səviyyəsində öz izini qoyub. Bu, İkinci Qarabağ müharibəsində olduğu kimi, Türkiyədəki zəlzələdə də özünü göstərdi. Zəlzələ zamanı Azərbaycan ən çox narahat olan və ən çox yardım göstərən ölkə idi. Əlaqələrimizi iqtisadi və mədəni baxımdan dərinləşdirməli, bir-birimizi daha yaxşı başa düşməli, birgə əməkdaşlıq perspektivini gücləndirməliyik”.

Tarix
2025.04.22 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident xanımı ilə Çinə getdi

Qafarova ilə təkbətək söhbətim oldu, məncə… - Simonyan

Qafarovadan deputata irad: Hökumətə nə olub ki!

İrandan ölkəmizə qarşı PUA təhlükəsi – Nə baş verir?

Heydər Əliyevin Şanxay haqqında çıxışı - Video

Nikol Bakının şərtini bu vaxt yerinə yetirəcək - Perenciyev

Azərbaycan “orta güc”ə çevrilir - Ekspert

Gülməmmədov Milli Məclisdə hesabat verir

Milli Məclisin növbəti iclası başladı

Xanazax istiqamətində atəş açılması... - MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla