Yuxarı

FHN “Masallı” otelində təlim keçdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə “Masallı” otelində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda təlim keçirilib.

Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimə FHN-in yerli strukturları və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin qüvvələri, eləcə də otelin əməkdaşları cəlb olunub.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, o cümlədən dəm qazı təhlükəsinin qarşısının alınması yolları, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, eyni zamanda “112” qaynar xətti barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

Sonra təlimin praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti yanğın barədə məlumat əsasında otelin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin və qonaqların “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

Tarix
2025.04.22 / 17:13
Müəllif
Axar.az
Digər xəbərlər

Kaya Kallas Azərbaycana gəlir

Prezident xanımı ilə Çinə getdi

Qafarova ilə təkbətək söhbətim oldu, məncə… - Simonyan

Qafarovadan deputata irad: Hökumətə nə olub ki!

İrandan ölkəmizə qarşı PUA təhlükəsi – Nə baş verir?

Heydər Əliyevin Şanxay haqqında çıxışı - Video

Nikol Bakının şərtini bu vaxt yerinə yetirəcək - Perenciyev

Azərbaycan “orta güc”ə çevrilir - Ekspert

Gülməmmədov Milli Məclisdə hesabat verir

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla