
Rubio elan etdi: Hərtərəfli islahatlar başladı
20:55
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
İkinci Qarabağ müharibəsi iştirakçısı Toğrul Nizaməddin oğlu Həsənov ölümcül xəstəlikdən vəfat edib.
Axar.az Unikal-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü T.Həsənov Ucar rayonunun Təzə Şilyan kəndində dəfn olunub.
Ailəsinin verdiyi məlumata görə, o, 2020-ci ildə Vətən müharibəsi zamanı yaralanıb, sağaldıqdan sonra yenidən aktiv döyüşlərə qatılıb. Vətən müharibəsi iştirakçısına "Müharibə veteranı" adı verilsə də, yaralandığına görə əlillik təyin edilməyib.
Müharibədən sonra aldığı travmalar səbəbindən ailəsinin hesabına Türkiyədə müalicəyə göndərilib. Lakin son bir ildə xərçəng xəstəliyinə tutulub və bu səbəbdən də dünyasını dəyişib.
Toğrul ailənin yeganə oğlu olub. 2 azyaşlı övladı qalıb.
Tarix
2025.04.22 / 17:42
|
Müəllif
Axar.az
|