Çox böyük oğurluqlar etmişəm - Şərurlu İsfəndiyar
00:37
| Ana səhifə Toplum |
|
Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb.
Axar.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində qəbirləri talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.
Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir. O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
|
Tarix
2025.04.24 / 17:11
|
Müəllif
Axar.az
|