Yuxarı

Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maliyyə Nazirliyi növbəti depozit hərracı keçirdi

Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 24 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl Maliyyə Nazirliyi ilk dəfə depozit hərracı keçirmiş və vahid xəzinə hesabının milli valyutada olan 1 milyardlıq sərbəst qalığını 3 ay müddətinə 7,21% olmaqla 4 sistem əhəmiyyətli banka yerləşdirmişdi.

Tarix
2025.04.24 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla