Yuxarı

Qeyri-sabit hava mayda da davam edəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayında qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir.

Axar.az xəbər verir ki, bunu APA-ya Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov deyib.

"Son illər iqlim dəyişmələri günümüzün ən aktual və həm də ən problemli sahələrindən biridir. Bu iqlim dəyişmələri özünü daha qabarıq şəkildə keçid dövrlərində, fəsillərdə göstərir. Bəli, aprel də bu zaman kəsiyinə düşdüyü üçün qeyri-sabit hava şəraitinin keçməsi xarakterikdir. Ötən illərdə və bundan sonrakı illərdə də belə hallara rast gəlinir, gələcəkdə də baş verəcək", - R.İsmayılov vurğulayıb.

O bildirib ki, aprel keçid xarakterli ay olduğundan belə hadisələr baş verir:

“Əsas səbəb havanın qızması, soyuq hava kütlələrinin şimaldan Azərbaycana daxil olması ilə orta troposferdə (3,5-5 km) baş verən sinoptik proseslərin nəticəsidir. Mayda da belə şəraitin davam etməsi ehtimalı olur, hər halda belə hallar mümkündür. İqlimdə belə halların dəqiq proqnozunun verməsi çox çətindir. Statistik məlumatlara istinad etsək, baş verməsini söyləyə bilərik. Sel, daşqın Azərbaycanda Böyük Qafqazın Cənub yamacı, Şəki-Zaqatala, Naxçıvan əraziləri üçün daha təhlükəli sel rayonlarıdır. Baxmayaraq ki, Lənkəran zonasında yağıntılı günlərin sayı çoxdur, lakin intensivlik az olduğu üçün sel hadisələri daşqın xarakterli olur".

Tarix
2025.04.29 / 14:16
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın Bakı səfəri kimi narahat etdi? - Video

XİN-dən AŞ komissarına cavab: Qətiyyətlə rədd edirik!

Prezident Məhəmməd Yunusu İƏT-in iclasına dəvət etdi

Bu ölkələr “Ay layihəsi”nə qoşuldu: Siyahıda Bakı da var

Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?

Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video

Paşinyan AB üçün də ciddi tərəfdaş deyil - Danielyan

Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto

Nikol Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə gizli görüş keçirir

Cənubi Koreya Azərbaycana yeni səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla