Azərbaycanda milyonlarla manat vergi borcu olan şirkətlər ləğv olunub.
Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar ALTİS və KOMETA-A şirkətləridir. Hər iki MMC "Azlayihə İnşaat” şirkətinə qoşularaq ləğv olunduğunu elan edib.
Məlumat üçün bildirək ki, ALTİS şirkətinin hazırda 3 517 315,86 manat, KOMETA-A şirkətinin isə 1 312 046,04 manat vergi borcu var.
Bundan əlavə, həmin şirkətlərin qoşulduğu Azlayihə İnşaat MMC-nin də dövlət qarşısında yığılmış külli miqdarda vergi borcu mövcuddur. Onun vergi borcunun miqdarı 6 142 328,10 manat təşkil edir.
Qeyd edək ki, ləğv olunan şirkətlər 2009-cu ildə dövlət qeydiyyatına alınıb. ALTİS-in qanuni təmsilçisi Cavid Fuad oğlu Mahmudov, KOMETA-A-nın qanuni təmsilçisi isə Samran Tahir oğlu Eyvazovdur.
2012-ci ildə dövlət qeydiyyatına alınan "Azlayihə İnşaat"ın isə qanuni təmsilçisi Talıb Sabir oğlu Hüseynovdur.