Yuxarı

127 taksi sürücüsü imtahandan kəsildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı təşkil edib.

DİM-dən Axar.az-a bildirilib ki, imtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olublar. Nəticələr, həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahan vermək üçün 780 namizəd qeydiyyatdan keçib. Onlardan 712-si imtahana gəlib. İmtahanın nəticələrinə əsasən, 585 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası mayın 1-2-də saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50.

Tarix
2025.04.30 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Azərbaycan və Küveyt arasında birgə bəyannamə imzalandı

Azərbaycan və Küveyt XİN rəhbərləri görüşdü

Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov

Pezeşkianın Bakıya səfəri: Tarixi imkan yaranıb...

Bayramov Küveytin vəliəhd şahzadəsi ilə görüşdü

Ukraynada Azərbaycan diasporunun üzvü oğurlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla