Yuxarı

“Trendyol” 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın əsas e-ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması “Тrendyol” 50 AZN və ondan yuxarı məbləğdə olan sifarişlər üçün Azərbaycana çatdırılma xərclərini ləğv edib.

Onlayn alış-veriş həvəskarları qeyd olunan və ondan yuxarı məbləğdə məhsul sifariş etdikdə pulsuz çatdırılmadan, o cümlədən evə pulsuz çatdırılmadan yararlana bilirlər. Bundan əlavə, ‘’Trendyol’’dan ilk dəfə sifariş verən bütün istifadəçilər sifariş məbləğindən və məhsul sayından asılı olmayaraq birbaşa ünvana çatdırılma üçün ödəniş etmir.

50 AZN-dən aşağı məbləğdə olan sifarişlər üçün də yenilənmiş çatdırılma tarifləri tətbiq olunur: “Gəl al’’nöqtəsi üçün 3.99 AZN, evə çatdırılma üçün isə 6.99 AZN sabit ödəniş edilir”.

"Тrendyol" öz istifadəçilərinə tekstil məhsullarından elektronikaya, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim edir. Hazırda "Тrendyol"un Azərbaycanda 2 milyondan çox müştərisi var.

Son iki ildə "Тrendyol" tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.

Tarix
2025.04.30 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Azərbaycan və Küveyt arasında birgə bəyannamə imzalandı

Azərbaycan və Küveyt XİN rəhbərləri görüşdü

Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov

Pezeşkianın Bakıya səfəri: Tarixi imkan yaranıb...

Bayramov Küveytin vəliəhd şahzadəsi ilə görüşdü

Ukraynada Azərbaycan diasporunun üzvü oğurlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla