Yuxarı

“Azercell” “ADA Employability Week 2025” təşəbbüsünə qatıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Employability Week 2025” təşəbbüsündə fəal iştirak edib. Proqramın əsas məqsədi tələbələri müasir əmək bazarının tələbləri ilə tanış etmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirmək idi.

Proqram çərçivəsində “Azercell”in müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssisləri tələbələrə emosional zəka, sənaye icmalı, müsahibəyə hazırlıq, iş etikası, innovasiya və sahibkarlıq, şəxsi brendinq kimi mövzularda təlimlər keçiblər. Eyni zamanda, şirkətin İnsan Kapitalının əməkdaşları proqram iştirakçılarına “Azercell”də mövcud olan karyera və təcrübə imkanları, eləcə də işə qəbul prosesi barədə ətraflı məlumat təqdim ediblər. Proqramın sonunda “Azercell” fərqlənən tələbələrə şirkətin yay təcrübə proqramında iştirak etmək imkanı yaradacaq. Tələbələrin adları may ayının 2-də ADA Universitetində baş tutacaq bağlanış mərasimində açıqlanacaq.

Tarix
2025.05.01 / 10:51
Müəllif
Axar.az
Digər xəbərlər

Nikol Moskvaya gedir: Əliyevlə pərdəarxası görüş olacaq?

Bu nazirliyin yubiley medalı təsis olunur - Təsdiqləndi

Milli Məclisin iclası başladı

Qazaxın azad olunan 4 kəndi ilə bağlı bu işlərə başlanıldı

Qarabağ erməniləri indi də Ermənistana müharibə elan etdi

Elçin Əmirbəyov Meksika Senatında - Foto

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla