Yuxarı

“Expressbank” AQTA-nın layihəsinə qoşuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Expressbank”əməkdaşları üçün “Sağlamlıq ayı” çərçivəsində yekun tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə həyata keçirilib.

Bank AQTA-nın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə həyata keçirdiyi "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihəyə qoşulub.

Belə ki, tədbir zamanı AQTİ-nin şöbə müdiri Rəşad Mehdizadə AQTA-nın həyata keçirdiyi maarifləndirici layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, AQTA sağlam qidalanmanın əhəmiyyətini daha geniş kütləyə çatdırmaq və əhalini bu sahədə maarifləndirmək məqsədilə belə bir təşəbbüsə başlayıb.

Həmçinin AQTİ-nin eksperti, həkim-dietoloq Tutu Zeynalova Expressbank əməkdaşlarına sağlam qidalanma vərdişləri və bu vərdişlərin həyat keyfiyyətini artırması mövzusunda ətraflı məlumat verib. Bank əməkdaşlarının gündəlik qidalanma vərdişləri ilə bağlı suallarını cavablandırıb.

Qeyd edək ki, “Expressbank”da 7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə, aprel ayı “Sağlamlıq ayı” olaraq qeyd olunub. “Sağlam komanda” korporativ sosial məsuliyyət layihəsi çərçivəsində daxili kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə ay ərzində müxtəlif mövzularda ardıcıl sağlamlıq əhəmiyyətli tədbirlər həyata keçirilib. Bankın bu təşəbbüsləri reallaşdırmaqda əsas məqsədi əməkdaşlarının fiziki və psixoloji rifahına dəstək olmaq, onların sağlam həyat tərzi vərdişlərinə töhfə verməkdir.

Tarix
2025.05.01 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla