Yuxarı

"İctimai proseslər media müstəvisində" mövzusunda forum

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda ikinci forumun açılış mərasimi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, forumun keçirilməsində məqsəd medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə müəyyən prinsiplərə uyğun şəkildə ötürülməsi, media, dövlət qurumları və digər tərəflər arasında koordinasiyanın təkmilləşdirilməsidir.

Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov bildirib ki, ikinci ildir ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən forum dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərməkdədir:

"Cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaq, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaqdır".

Forum açılış mərasimindən sonra işini "Konstitusiya və Suverenlik İli"ndə media gündəmi, "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində", "Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər" adlı panel sessiyalarla davam etdirəcək.

Tarix
2025.05.02 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Laçın aeroportundan paylaşımı - Video

Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...

“3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...

Azərbaycan və Avropa Birliyi razılığa gəldi

Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...

Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif

Kanada səfiri Azərbaycanı təbrik etdi

Onlar İlham Əliyevi təbrik etdi

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Araz Musayevə hücumun görüntüləri yayıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla