Azərbaycan Dəmir Yolları QSC (ADY) bu ilin yanvar-aprel aylarında 2 milyon 979 min 167 sərnişin daşıyıb.
Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 412 min 949 sərnişin və ya 16,1% çoxdur.
Bu müddət ərzində Abşeron dairəvi marşrutu üzrə qatarlarla 2 milyon 820 min 738 sərnişin daşınıb. Bu da 2024-cü ilin eyni dövrünün nəticələri ilə müqayisədə 373 min 168 sərnişin və ya 15,2% çoxdur.
Bu ilin yanvar-aprel aylarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə 123 min 89 sərnişin daşınıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18 min 849 sərnişin və ya 18,1% çoxdur.
Bu ilin ilk dörd ayında Bakı-Qəbələ-Bakı marşrutu üzrə 11 min 909 sərnişin daşınıb ki, bu da 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 2 499 sərnişin və ya 17,3% azdır.
O cümlədən, bu il qatarla səfər etmiş xarici turistlərin sayı 2 035 sərnişin və ya 33% artaraq 8 281 nəfər olub.
Hesabat dövründə Bakı-Balakən-Bakı marşrutu üzrə 23 min 431 sərnişin daşınıb.