Yuxarı

Əli Nağıyev Düşənbədə mühüm iclasda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Nağıyev Düşənbədə mühüm iclasda - Foto

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, mayın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində təşkil olunmuş MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 56-cı iclasında iştirak edib.

Tədbirdən əvvəl Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman MDB ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib, sonra iclas öz işinə başlayıb. MDB məkanında beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlıq və kibercinayətkarlığa, dini ekstremizm və radikalizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizənin aparılmasının, habelə region ölkələrinin üzləşdiyi xarici təhdidlərin vaxtında zərərsizləşdirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında məlumat mübadiləsinin aparılmasının vacibliyi iclasın əsas müzakirə mövzusu olub.

Qeyd olunub ki, göstərilən istiqamətlərdə MDB ölkələrinin təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun qurulması üçün bundan sonra da bütün imkanlar səfərbər edilməli, qurumların qüvvə və vasitələrindən təhlükəsizliyə mənfi təsir göstərən halların aradan qadırılması yönündə daima səmərəli istifadə olunmalıdır.

Tədbir ərzində MDB dövlətlərinin xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrinin gələcək perspektivləri və strategiyası, həmçinin qarşıda duran vəzifələr barəsində geniş fikir mübadiləsi aparılıb.

Tarix
2025.05.16 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla