Yuxarı

250 manatlıq ağacı kəsib, qonşu qadını döydü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
250 manatlıq ağacı kəsib, qonşu qadını döydü

Salyanda kişi 250 manatlıq ağacı kəsib, qonşu qadını döyüb.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, hadisə Salyan rayonu, E.İmanov küçəsində baş verib. Həmin küçədə yaşayan 1970-ci il təvəllüdlü Rahil Bədəlov qapısının qarşısında olan, Salyan Yaşıllaşdırma İdarəsinə 250 manata başa gələn bir ədəd zeytun ağacının budaqlarını kəsib. Səbəb həmin ağacın Rahil Bədəlovun evinə gedən elektrik naqilinə toxunması olub.

Rahilin qonşusu Sevda ağacın kəsildiyini görüb həmin ağacın kim tərəfindən kəsildiyini ondan soruşub. Rahil, "Ağacı mən kəsmişəm, yaxşı eləmişəm", - deyib. Sevda isə "O ağacı sən əkmisən, sən də kəsirsən?" - deyə soruşub. Sevdanın bu sözündən əsəbiləşən Rahil Bədəlov Sevdaya yumruq və təpik zərbələri endirməklə onu döyüb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisəni törətməkdə şübhəli bilinən Rahil Bədəlov saxlanılıb.

Salyan Rayon Məhkəməsində iş üzrə məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə R.Bədəlovun anlaqsız olduğu qənaətinə gəlinib və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.

Tarix
2025.05.17 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla