Yuxarı

Vergi ödəyicilərin nəzərinə - Müddət qısaldılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vergi ödəyicilərin nəzərinə - Müddət qısaldılır

Vergi ödəyicisinin dəyişikliklərlə bağlı vergi orqanına məlumat vermə müddəti 40 gündən 15 günə endirilir.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Beləliklə, hazırda qüvvədə olan qanuna əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

Layihəyə əsasən, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat verməlidir.

Tarix
2025.05.20 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla