Yuxarı

“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Huma Quşu" təhsilə yardım fondu "Azercell"in dəstəyi ilə həyata keçirdiyi “Qızların STEM-də yüksəlişi” təqaüd proqramının qaliblərini açıqlayıb. Proqram çərçivəsində 10 tələbə qıza təqaüd təqdim olunub.

Qeyd edək ki, layihə Azercell-in “Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı” çərçivəsində qalib gəlmiş sosial təşəbbüslərdən biridir. Təqaüd proqramının ilkin mərhələsində 5 tələbənin dəstəklənməsi nəzərdə tutulsa da, iştirakçıların yüksək bilik və potensialı nəzərə alınaraq “Huma Quşu” Fondu tərəfindən əlavə 5 tələbəyə də təqaüd ayrılıb. Layihənin əsas məqsədi informasiya texnologiyaları və kommunikasiya sahələrində təhsil alan gənc qızların bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların bu istiqamətdə karyera imkanlarını genişləndirməkdir.

Qaliblərlə bağlı ətraflı məlumat üçün: https://bit.ly/4kru7Ns

2022-ci ildən fəaliyyət göstərən “Huma Quşu” Təhsilə Yardım Fondu bu günədək 40-dan çox tələbənin təhsilinə dəstək verib. Fond istedadlı gənclərin keyfiyyətli təhsilə çıxış imkanlarını artırmağı hədəfləyir.

“Azercell Telekom” MMC təqaüd qazanan tələbələri təbrik edir, onlara təhsil və karyera yollarında uğurlar arzulayır!

Tarix
2025.05.20 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı qərar

Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var

Mustafayev bir saat sonra Rusiya XİN-in binasını tərk etdi - Video

Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı

Slovakiya kəlbəcərlini Azərbaycana səfir göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla