Yuxarı

"Expressbank" biznes müştəriləri üçün tətbiqini istifadəyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daim müştərilərinin rahatlığını düşünən "Expressbank" biznes müştərilərinə daha çevik və müasir bankçılıq təcrübəsi təqdim etmək üçün yeni “Express Business” mobil tətbiqini istifadəyə verdiyini elan edir.

Bu tətbiq vasitəsilə sahibkarlar və şirkət nümayəndələri artıq ofisdən çıxmadan və ya hər hansı banka getmədən öz maliyyə əməliyyatlarını daha rahat və təhlükəsiz şəkildə idarə edə biləcəklər.

Yeni tətbiq nələri təklif edir?

“Express Business” tətbiqi vasitəsilə müştərilər aşağıdakı imkanlardan yararlana biləcəklər:

- Asan İmza və ya OTP (birdəfəlik parol) ilə təhlükəsiz giriş

- Birdən çox şirkəti olan müştərilər üçün hesablar arasında sürətli keçid

- Maliyyə vəziyyətinin istənilən an izlənməsi

- Bankdaxili, hesablararası və ölkədaxili köçürmələrin icrası

- Ödəniş və köçürmələrə tam nəzarət

- Sənədlərin mobil cihaz və ya veb üzərindən imzalanması imkanı

- Kart və hesab məlumatlarına baxış, çıxarışların əldə edilməsi, kartların bloklanması və ya blokdan çıxarılması funksiyaları

"Expressbank" tərəfindən bildirilir ki, bu yenilik biznes sahiblərinə vaxta qənaət, əməliyyatlara nəzarətdaha çevik icra imkanı verəcək. Tətbiq həm iOS, həm də Android platformalarında əlçatandır və istifadəsi tamamilə ödənişsizdir.

Yeni tətbiq "Expressbank"ın rəqəmsal transformasiya strategiyasının tərkib hissəsi olaraq, müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Tarix
2025.05.21 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Zaqreb arasında siyasi məsləhətləşmələr...

Onlar İlham Əliyevi təbrik etdi

Vətəndaşlar öz maşınları ilə bu ərazilərə gedə biləcək

Kim Çen İn İlham Əliyevə məktub göndərdi

Budapeştdə TDT liderlərinin şərəfinə rəsmi lanç verildi - Foto

Türk liderlər bəyannamə imzaladı

Zakir Həsənov türk generalla görüşdü - Video

Yasin Hüseynzadənin edamı ilə bağlı XİN-dən açıqlama

Əliyevin şərəfinə verilən ziyafətin menyusu diqqət çəkdi - Foto

Özbəkistan TÜRKSOY-a üzv qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla