Yuxarı

Həbsdə olan iş adamının torpağını başqasına satdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan iş adamı Emil Səməndərova məxsus torpaq sahəsi ələ keçirilib. Bununla iş adamına 500 min manatlıq ziyan vurulub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə iş adamının xanımı Vəfa Məcidova bildirib.

Onun sözlərinə görə, 31 saylı notariat ofisinin kontoru işləmiş Ramiz Hümmətov həyat yoldaşı Emil Səməndərovu aldadaraq, qabaqcadan əlbir olduğu bir neçə şəxslə birlikdə dələduzluq yolu ilə onun 500 min manat pulunu ələ keçirib.

“Bununla bağlı Abşeron Rayon Polis İdarəsinə şikayət ünvanlamışam. Şikayətimizi araşdıran üç müstəntiqdəyişib. Hələ ki, şikayətin nəticəsi ilə bağlı məlumat əldə edə bilməmişik”, - deyə Vəfa Məcidova açıqlamasında qeyd edib.

Vəfa Məcidova mübahisəli məsələ ilə bağlı fikirlərini bölüşərkən həyat yoldaşının necə aldadıldığını danışıb:

“Ramiz Hümmətov Abşeron Rayonu, Xırdalan Şəhərində yerləşən 0.111 ha torpaq sahəsinin və Xırdalan şəhərində yerləşən köhnə notariat ofisini həyat yoldaşımın mülkiyyətinə keçirilməli idi. Torpaq sahəsinin həyat yoldaşımın mülkiyyətinə keçirilməsi üçün Ramiz Hümmətovun qızı Hümmətli Məmmədova Könül Ramiz qızı ilə həyat yoldaşım Emil Səməndərov arasında 01.03.2019-cu il tarixli beh müqaviləsi bağlanıb. Beh müqaviləsində də nəzərdə tutulduğu kimi 100 min manat pul vəsaiti Könül Hümmətovaya ödənilib. Könül Hümmətovaya 50 min manat da ödənilib.

Bundan əlavə 230 min manat da hissə-hissə Atabəy adlı şəxsə ödənilib.

Xırdalan şəhərində yerləşən köhnə notariat ofisinin həyat yoldaşımın mülkiyyətinə keçirilməsi qarşılığında 120 min manat da Ramiz Hümmətovun iştirakı ilə onun borclu olduğu Sadiq adlı şəxsə verilib. Ramiz Hümmətovun 500 yüz manatı ələ keçirməsi bizdə olan səs yazıları, beh müqaviləsi, notarius orqanı tərəfindən verilmiş çıxarış, torpaq sahəsinin həyat yoldaşıma məxsus olmasını təsdiq edən eskiz layihəsi və digər sənədlər də mövcuddur”.

Vəfa Məcidova qeyd edib ki, Ramiz Hümmətov yuxarıda qeyd olunan əraziləri həyat yoldaşının razılığı olmadan qeyri-rəsmi olaraq başqa şəxslərə də satıb.

“Həmin vaxtı həyat yoldaşım İstintaq Təcridxanasında olub. Göründüyü kimi Ramiz Hümmətov dövlətin ona verdiyi vəzifədən sui-istifadə edərək həyat yoldaşımı və digər vətəndaşları aldadıb. Bu yolla dələduzluq cinayətini törədib. Torpaq sahəsini Çingiz adlı şəxsə satıblar. Lakin həmin ərazidə tikintiyə icazə sənədləri yoldaşımın adına olduğu üçün heç nə edə bilmirlər. Həm yoldaşımı, həm də sonradan torpağı satdıqları şəxsi aldadıblar”, - deyə V.Məcidova açıqlamasında qeyd edib.

Məsələ ilə bağlı nə Ramiz Hümmətov, nə də işdə adı keçən Atabəy adlı köməkçisi ilə danışmaq mümkün olub. Onlar zənglərə cavab verməyiblər.

Mövzu ilə bağlı rəsmi qurumlara da sorğu ünvanlanıb.

Qeyd edək ki, “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov xüsusi ittiham qaydasında “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovu (Şərurlu İsfəndiyar) məhkəməyə verməsi ilə gündəmə gəlmişdi.

“Şərurlu İsfəndiyar” müsahibələrinin birində Emil Səməndərovu “dələduz” adlandırmışdı.

Barəsində məhkəmə hökmü çıxmadığı halda onun barəsində böhtan xarakterli məlumat yaydığı üçün Emil Səməndərov “Şərurlu İsfəndiyar”ı məhkəməyə verib. Xüsusi ittihamçı İ.Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Tarix
2025.05.21 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin X hesabında Budapeşt səfərindən video yayıldı

İsrail və Türkiyə Bakı görüşündən sonra "qaynar xətt" yaratdı

İlham Əliyevin Budapeşt səfəri başa çatdı

Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan

Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

İtaliyalı general Bakıda HDQ-ni ziyarət etdi - Video

ADY nümayəndələri Çində forumda iştirak etdilər

Cənubi Qafqazda münaqişə üçün real risk var - Rubio

Hərbçilərimiz Konyada tapşırıqları belə icra etdi - Video

Həcc ziyarəti ilə bağlı QMİ-dən növbəti açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla